Ön səhifə
Bioqrafiya
Əsərləri
Tədrisləri
Müsahibələr
Foto albom
Xatirələr
Əlaqəli saytlar
Sual-cavab
Ön səhifə » Bioqrafiya »

Ustad Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin bioqrafiyası

Ustad M.C.F. Lənkərani, b?yük şiə mərcəi-təqlid həzrət Ayətullahil-uzma Fazil Lənkəraninin ?vladı, 1962-ci ildə müqəddəs Qum şəhərində dünyaya g?z açmışdır. Ibtidai təhsilini Qumdakı Sənayi adlı məktəbdə almış və ardını Yəzd şəhərində davam etdirərək orta məktəbi bitirmişdir.

1977-ci ildə məktəb dərsləri ilə yanaşı h?vzə dərslərinə başlamış - o zamanların İran İslam İnqılabı illərinə düşməsi və h?vzənin rəsmi dərslərinin tətil edilməsinə baxmayaraq – ciddiyyət və çalışqanlıqla qısa bir müddətdə h?vzənin ilk mərhələsini başa çatdıraraq üsul və fiqh xarıc dərslərində  iştirak etməyə nail olmuşdur. O, ixtisas və ictihadi fənlərdə ?z atasının elmindən bəhrələnmiş və 7 il hüdudunda tanınmış mərcə, Həzrət Ayətullahil-uzma Vəhid Xorasaninin dərslərində iştirak etmişdir. Təfsir və fəlsəfə elmlərində Ayətullah Həsənzadə Amuli və Ayətullah Cəvadi Amuli kimi tanınmış alimlərdən dərs almış, “Şıfa” və “Əsfar” kimi ?nəmli kitabları oxumuşdu. O, indi 20 ildən çoxdur ki, tədris kürsüsünə əyləşmiş, çoxsaylı tələbələr onun elmi gücündən istifadə etmişlər. D?rd dəfə “Məalim”, üç dəfə “Məkasib”, d?rd dəfə “Kifayətül-usul” kitablarını tədris etmiş, hal-hazırda 8 ildirki, üsul və fiqh xaric dərslərinin tədrisinə məşğuldur. Onun dərsləri elmi şəxsiyyətlər arasında məşhur olan dərslərdəndir. O, “Şeyx Ənsari”, “Müqəddəs Ərdəbili” və “İmam Xomeyni” elmi əncümənlərinə müxtəlif elmi məqalələr təqdim etmiş və onların hamısı nəşr olunmaqla yanaşı, əncümən salonunda qiraət olunmuşdur. Ustad M.C.F. Lənkərani elmi sahədə yaksək çalışqanlıqla yanaşı, şıə mərcəiyyət məqamı idarəsini, bütün çətinliklərinə baxmayaraq ?z üzərinə g?türmüş və Ali Fiqh Mərkəzinin rəyasət kürsüsündə çalışmaqdadır.

1988-ci ildə atası tərəfindən təsis olunmuş bu mərkəz zamanımızın tələblərinə agah olan, cavan nəslin dini-fiqhi ehtiyaclarına cavab verə bilən müctəhid və fəqihlərin yetişdirilməsini ?hdəsinə g?türmüşdür. Bu mərkəz bu gün ?nəmli elmi mərkəzlərdəndir ki, Müqəddəs Qum şəhərində b?yük və tanınmış alimlərin nəzəri altında fəaliyyət g?stərir. Bu mərkəzin üsul və fiqh üzrə ixtisaslaşmış kitabxanası alimlərin nəzərində bu sahədə ən zəngin kitabxanadır.