







Bazar ertəsi 13.8.2007 xəbərlər proqramında İrfaniyan adında bir şəxsin İmam Zamanla(ə) rabitədə olduğunu iddia etməsi yayımlanndı və onun yalanları, töhmətləri və cammatı yoldan azdırmağından danışıldı. Bunu eşıtcək yadıma bir neçə il öncə baş vermiş bir hadisə düşdü. Həmin şəxs 5 nəfəri Tehrandan Quma yollamışdı ki, (təəssüflər olsunki, onlardan biri qoca bir ruhani idi, digərləri isə ticarətçi və başqa iş sahibləri idilər) günortadan sonra ofisə gəlib dedilər: Ağa ilə görüşmək istəyirik. Çox mühüm bir işimiz var. Onlara dedim, Ağa günortadan sonra ofisə gəlmir. Adətən günortadan qabaq xəstə olsa belə ofisə gəlir. Hətta yayın istisində də bu işə davamlıdır. Onlardan soruşdum ki, işiniz nədir. əvvəl onu deməkdən çəkindilər. Dedilər:
- Yalnız atanızla görüşməliyik. Məsələ xüsusidir.
Mən ucadan onlara dedim ki, əgər deməyə mətləbiniz varsa deyin, yoxsa gedə bilərsiniz. Onlar qısa məsləhətləşmədən sonra dedilər:
- Biz Tehran sakini İrfaniyan adlı bir şəxsin tərəfindən gəlmişik. O, elə bir şəxsdirki, gündə üç dəfə namazını İmam Zamanın arxasında qılır. İmam ona buyurmuşdur ki, dediklərimi Fazil Lənkərani cənablarına çatdırın və dedilərki, İmam, digər bir mərcəi təqlidə bu fərd vasitəsi ilə xəbər yollamışdı ki, biz bura gəlməmişdən öncə onun yanına getmişik və o, bu mətləbə diqqətlə qulaq asmışdır. Onlara dedim:
- Deyə bilərsiniz ki, o mühtərəm mərcəi təqlidə gətirdiyiniz xəbər nə idi.
Onlar fars dilində olduqca pis yazılan kağızı mənə göstərdilər ki, orada belə yazılmışdı:
- ... ağa! Nəyə görə anam Zəhraya qarşı müxalifət edirsiniz. Yubanmadan “Həzrət Zəhranın ismətinə namazda şəhadət vermək olmaz”- fitvasından əl çəkin.
Mən mərhum atamım bu barədə etdiyi müraciəti eşitməmiş bir halda onlara dedim:
- nəyə görə İmam Zaman fars dilində yazmış və nə üçün xətti bu qədər pisdir. Yadımda olanı bu bir neçə sətirdən ibarət yazıda qrammatik səhvlər də var idi. Məəslənin üstündən keçərək yaşlı ruhaniyə dedim: ---Siz elmi hövzədə tələbə olmusunuz. Nə üçün bu yalan sözlərə inanırsınız.
O, dedi:
- Bu şəxs, digər röyət iddiaçıları ilə fərqlənir və heç bir şöhrət və məqam dalınca deyil.
Ona dedim:
- məgər oxumamısan ki, İmam Zaman(ə) öz dördüncü naibinə dedi ki,səndən sonra daha heç bir kəs məni görməyəcəkdir. Hər kəs məni gördüyünü iddia edərsə təkzib edin. Çünki o, iftiraçı və yalançıdır. Mən İmam Zamanın(ə) sözlərinə qulaq asım yoxsa bu şəxsin sözlərinə? Qoca kişi cavab verə bilmədi və mənə dedi:
- Sizin bir çox həqiqətlərdən xəbəriniz yoxdur. Yəqin bilirəm ki, bu xəbər atanıza çatarsa böyük həqiqətlər sizə aydın olacaqdır. Sizin hətta öz atanızın İmam Zamanla xas rabitəsindən də xəbəriniz yoxdur.
Onların içində biri üzünü mənə tutub dedi:
- Hacı ağa Cavad, məni xatırlayırsınızmı?
- Xeyir.
- Mən 1982-83-cü illərdə Rəzəviyyə mədrəsəsində “Məalim” kitabını sizdən dərs almışam. Mən tələbə idim və sizin o zaman yaxşı etiqadınız var idi. Nə üçün indi bülə danışırsınız?
Təəccüblə ona dedim:
- Əgər hövzədən çıxmasaydınız və doğru dərs oxusaydınız, bu gün bu tələyə düşməzdiniz.
Beləliklə uzun sör-söhbətdən sonra mənə dedilərki, siz əmanətdar bir insan kimi bu xəbəri atanıza çatdırın və görün o nə deyir. Xəbər bundan ibarətdir ki, İmam Zaman(ə) İrfaniyan cənablarına demişdir ki, Fazil ağaya məniçm salamımı yetir və de ki, oi tufanlı gecəni unutma.
Mən də dedim:
- sabah onun yanına gedib bunları ona deyəcəyəm və siz zöhr vaxtı cavabı məndən alın.
Ertəsi gün mərhum atamın yanına gedib, məsələni nəql etdim. O, çox təəssüflənərək dedi:
- Nə üçün bu şəxslər İmam Zaman(ə) məsələsini belə oyuncaq ediblər. Nəyə görə camaatın etiqadlarından sui-istifadə edirlər.
Əslində o, zamanımızda yayılan bihudə və əsassız iddialardan əziyyət çəkirdi. Etiqadı bu idi ki, belə məsələlər məzhəbin əsasına zərbə vurur.
O, cavabında dedi:
- Birinci, onlara nəsihət edin, deyin ki, İrfaniyan- mən onun görməsəmdə- yalanşı və töhmət vuran bir adamdır. Onun qurduğu tələdən canınızı qurtarın və yalanlarına inanmayın. Onlara deyin ki, mən həyatımda çox tufanlı gecənin şahidi olmuşam. Onların heç birindən xatirə ya xas bir xüsusiyyət yadımda qalmamışdır.
Mən cavabı onlara deyəndə onlar da cavabında belə dedilər.
Biz fikirləşirdikki, onun dəqiq vilayət rabitəsi vardır. Lakin məlum olur ki, o, bu cəhətdən zəifdir.
Doğrudan da təəssüf etmək lazımdır ki, insanların zehnini nə qədər yumuşlar ki, hətta etiqadlarımıza görə İmam Zamanın(ə) naibi olan mərcəi-təqlidin qarşısında belə dayanırlar.
Bu hadisədən çox keçdi. Təhlükəsizlik naziri –o vaxt Hüccətül-islam Yunisi idi- atamı görməyə gəldi. Mərhum atam ona dedi:
- nə üçün insanların etiqadları ilə oynayan və onların müsbət etiqadlarından sui-istifadə edən şəxslərə qarşı qəti tədbir tökmürsünüz? Nə üçün insanların etiqadi əmniyyətinə diqqət yetirmirsiniz? əmniyyət yalnız zahiri və adi məsələlərdə deyil. Sonra baş vermiş hadisəni danışdı. Yunisi soz verdi ki, bu işi araşdıracağıq.
Bir müddət sonra onlar yenidən görüşdülər. Yunisi ağaya dedi ki, o iclasdan sonra biz çox şeyləri başa düşdük. Çox həqiqətlərin üstü açıldı. O, bu şəxsin bütün işlərini, nə qədər adamı yolundan azdırdığını, onlara nə qədər yalan danışdığını söylədi. Hətta onların arasında yaşlı ruhanılər də olmuşdur. Mən bir çox şəkillərdə onların bir dəstə camaatla ehram libası geydiklərini və Tehran-Kərəc arasındakı səhralıqda bir Kəbə düzəltdiklərini gördüm. Irfaniyan onlara demişdi ki, İmam Zaman(ə) buyurmuşdur : siz mənim xüsusi səhabələrimdənsiniz. Həcc üçün ərəbistana getməlisiniz. Buraya gəlib təvaf etməlisiniz.
Biz, Allaha şükür edirikki, mərcəi-təqlidlərin evində belə məsələlər kəşf edilib aradan qaldırılır və yaxından şahidi olduq ki, bu büyük və ayıq mərcəi-təqlid, inhiraf və xurafatla necə mübarizə etmişdir. Buna bənzər bir əhvalat da yadımdadır ki, başqa fürsətdə yazacağam.
M.C.F. Lənkərani
16.8.2007